Çində bütün iri müəssisələrin fəaliyyəti bərpa edilib.
TASS xəbər verir ki, bu barədə Çinin Dövlət Statistika İdarəsinin nümayəndəsi Mao Şenyun məlumat verib.M.Şenyun bildirib ki, iri şirkətlər işlərini 100% bərpa ediblər. Kiçik və orta kommersiya təşkilatlarında da vəziyyət gözləniləndən yaxşıdır.
Dövlət rəsmisi həmçinin iş adamlarına müraciət edib: “Hökumət vergiləri və müxtəlif dövlət yığımlarını azaltmaq, biznesə əlavə maliyyə dəstəyi göstərmək və istehsalın bərpası üçün müəssisələrə yardım etmək üzərində iş aparır".