İngiltərənin Çindən 16 milyon sterlinqə aldığı yeni növ koronavirus antikor testlərinin işə yaramadığı iddia edilib.
Moderator.az xəbər verir ki, "Daily Mail" qəzetinin xəbərinə görə, insanların virusa yoluxduqdan sonra immunitet qazanıb-qazanmadığını göstərən və iki Çin firmasından alınan testlərin istənilən nəticəni vermədiyi bildirilib.Baş verənlərdən sonra səlahiyyətlilər ödənən 16 milyon sterlinqin geri qaytarılması üçün çalışma başladıb.