ABŞ kəşfiyyatının hələ noyabrda İsraili koronavirus barədə xəbərdar etdiyi bilindi

ABŞ kəşfiyyatının hələ noyabrda İsraili koronavirus barədə xəbərdar etdiyi bilindi backend

Amerika xüsusi xidmət orqanları hələ 2019-cu ilin noyabrında İsraili Çində təhlükəli bir virusun yayılacağı barədə xəbərdarlıq edib.

Moderator.az xəbər verir ki, “The Times Of Israel” nəşri bu barədə “12-ci kanal”a istinadla məlumat yayıb.

Qeyd olunur ki, ABŞ kəşfiyyatı noyabrın ikinci həftəsində Çinin Uhan şəhərində yeni təhlükəli bir koronavirusun peyda olması haqda məlumat əldə edib. Halbuki, o dövrdə koronavirusun yayılması ilə bağlı informasiyalar gizli saxlanılıb, yalnız ÇXR hökuməti bu barədə bilib.

ABŞ kəşfiyyatı bu haqda Tramp administrasiyasını da məlumatlandırıb. Lakin Ağ Ev həmin məlumata maraq göstərməyib. Eyni zamanda Amerika xüsusi xidmət orqanları sonradan, lakin yenə də elə noyabr ayında NATO müttəfiqlərini və İsrail hərbi komandanlığını da təhlükəli xəstəlik barədə xəbərdar edib. İsrail hərbi rəhbərliyi də öz növbəsində hökumətə və Səhiyyə Nazirliyinin rəsmilərinə koronavirusun yayılması haqda məlumat çatdırıb. Noyabr ayında hərbçilər hətta virusun Yaxın Şərqə və xüsusilə, İsrailə sızması ehtimalını da müzakirə ediblər. Ancaq Netanyahu hökuməti heç bir tədbir görməyib.