Yüz minlərlə uşaq həlak ola bilər... - BMT

Yüz minlərlə uşaq həlak ola bilər... - BMT backend

Koronavirusun səbəb olduğu qlobal resessiya şəraitində yüz minlərlə uşaq ölə bilər.

Axar.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş bildirib.

BMT Baş katibi indiki şəraitdə uşaqların qarşılaşdığı risklər haqqında məruzəsini təqdim edib. O, videomüraciətində ailələri və siyasi liderləri uşaqları bütün səviyyələrdə qorumağa çağırıb.

Qeyd edib ki, demək olar, bütün məktəblilər dərsə getmir. Bəzi məktəblər distant təhsil təklif edir. Lakin bu, hamı üçün əlçatan deyil. Zəif sürətli və internetin baha olduğu ölkələrdə uşaqlar çox əlverişsiz şəraitdədirlər.