Gürcüstanın paytaxtı Tbilisidəki televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Azvision.az xəbər verir ki, Gürcüstan tərəfi həmrəylik mesajı ilə koronavirusla mübarizədə Azərbaycana öz dəstəyini ifadə edib.Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 14-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Gürcüstan Respublikasının bayrağı videoproyeksiya olunub.