Fransada koronovirus epidemiyasının vəziyyətini yoxlamaq üçün bu indikatorlardan istifadə olunur

Fransada koronovirus epidemiyasının vəziyyətini yoxlamaq üçün bu indikatorlardan istifadə olunur backend

Fransada keçirilən araşdırmalar zamanı müəyyən olunub ki, ölkə Covid-19 epidemiyasının pik həddinə çatıbdır.

Qaziler.az bildirir ki, Fransanın 1-ci kanalının (TF1) məlumatına görə ölkənin epidemiyanın pik nöqtəsinə gəlib çatdığını 3 indikator üzrə müəyyən etmək olar.

Belə ki, ilk indikator aşkar olunan yeni yoluxma hallarıdır. Amma bu indikator ölkədəki vəziyyəti tam aydın göstərmir. Çünki bu indikator ölkənin test aparmaq siyasətinə uyğun formalaşır və hamını test etmək mümkün deyil.

Ikinci indikator isə gündəlik olan ölüm halları ilə ölçülür. Amma bu indikatorun da problem odur ki vəfat edən insanlar adətən 3-4 həftə öncə virusa yoluxanlardır ve bugun ki mənzərəni tam ifadə etmir.

Üçüncü indikator isə reanimasiyaya düşən xəstələrin sayı ilə aparılır.

İndikatorları çarpazladıranda məlum olur ki, hər üç indikator üzrə Fransada azalma müşahidə olunur. Ölkə martın 26-sında epidemiyanin pik zirvəsinə qədəm qoymuşdur.

Bununla belə, epidemiyanın yeni dalğasının qarşısını almaq və xəstəxanaları artıq yükləməmək üçün Fransada karantin müddəti mayın 11-nə kimi uzadılmışdır.


Tural ƏLİYEV