Türk Ordusu şəhid verib - FOTO

Türk Ordusu şəhid verib - FOTO backend

Bu gün Türkiyə ordusunun bir hərbçisi İraqda şəhid olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin rəsmi Twıtter səhifəsində qeyd edilib.

Bildirilib ki, hərbçi İraqın Hakurk şəhərinin şimal hissəsində separatçı PKK terror təşkilatının terrorçuları tərəfindən kustar üsulla hazırlanan minanın partlaması nəticəsində şəhid olub.