"Türk Hava Yolları" aviaşirkətinin kapitan pilotu Sərdar Gündoğdu koronavirusun qurbanı olub.
Trend-in məlumatına pilot İstanbulda xəstəxanaların birində müalicə olunurdu.Qeyd edək ki, ötən gün ölkədə Müstəqil Türkiyə Partiyasının sədri Heydər Baş da koronavirusdan ölüb.
Bu günədək Türkiyədə 65 mindən çox şəxs virusa yoluxub, 1 403 nəfər həyatını itirib.