Rio karnavalı başladı

Rio karnavalı başladı backend

Braziliyada bütün dünyada məşhur Rio karnavalının qeyri-rəsmi açılışı olub. Karnavalın ilk günündə minlərlə insan "küçə şənlikləri" adlandırılan tədbirlərə qatılmaq üçün küçələrə çıxıb.

Bir-birindən rəngarəng kostyumlar geyinən rəqqaslar məşhur İpanema çimərliyi boyunca samba rəqsi ediblər. Bu il braziliyalılar arasında təlxək və rahibə kostyumları xüsusilə məşhur olub. Braziliyalıların nağıl qəhrəmanlarını təmsil edən kostyumlar geyənlər də az olmayıb.

Rio karnavalının əsas tədbirlərinin keçirildiyi Sambadromda da rəqqasların axını olub. Burada Rio-de-Janeyronun əsas samba məktəblərinin rəqqasları öz rəngarəng kostyumları ilə göz oxşayıb. Karnavalı izləmək üçün minlərlə Rio sakini də küçələrə çıxıb.

Rio karnavalının rəsmi açılışı isə fevralın 13-də olacaq və karnaval fevralın 17-də samba məktəblərinin əsas müsabiqəsi ilə başa çatacaq. Hər il olduğu kimi, bu il də Rio karnavalına tamaşa etmək üçün bütün dünyadan 1 milyondan çox turistin Braziliyaya gələcəyə gözlənilir.
Diaspora