Kadırovdan karantin qaydalarını pozanlar üçün yeni CƏZA

Kadırovdan karantin qaydalarını pozanlar üçün yeni CƏZA backend

Çeçenistan prezidenti Ramzan Kadırov özünütəcrid rejimini pozanlar üçün yeni cəza növü düşünüb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, çeçen lider həmin şəxsləri kənd təsərrüfatı işlərinə cəlb etməyi təklif edir.

Kadırovun fikrincə, bir adamın səhvinə görə bütün ailəni cəzalandırmaq ədalətsizlikdir. Ona görə də qaydanı pozanlar cəmiyyətə borcunu fərqli şəkildə ödəyəcəklər. "O evdə otura bilmədi, çıxdı? Yaxşı, qoy bütün günü tarlada işləsin və fayda gətirsin. Ona iş taparıq. Qoy sahələri şumlasın, əksin və becərsin" - deyə Kadırov bildirib.

Çeçenistan liderinin sözlərinə görə, qaydanı pozanlar bütün Rusiyada epidemiya bitənə qədər evə dönməyəcəklər.