Koronadan sağalan baş nazirin nişanlısından ilk şərh

Koronadan sağalan baş nazirin nişanlısından ilk şərh backend

Həqiqətən də ötən həftə koronavirusa görə çox qaranlıq günlər yaşadıq.

Axar.az xəbər verir ki, bunu Britaniya Baş naziri Boris Consonun nişanlısı Kerri Saymonds sosial media hesabında yazıb.

"Daim tibb işçilərinə təşəkkür edəcəyəm. Sizə olan borcumu əsla ödəyə bilməyəcəyəm", - K.Saymonds bildirib.

Qeyd edək ki, koronavirusa yoluxduğu üçün vəziyyəti ağırlaşan B.Conson ötən həftə reanimasiyaya yerləşdirilmişdi.