İspandillilər isə hamıdan öndədir
Son statistik məlumatlara görə, Pakistanla müqayisədə Nyu-Yorkda daha çox pakistanlı koronavirus xəstəliyindən ölüb. Bu barədə Qətərin “Qulf News” saytı xəbər yayıb.Nyu-York ştatında koronavirusdan ölən 8600 nəfər arasında yüzdən çox pakistanlı var. Pakistanda aprelin 12-nə qədər koronavirus səbəbindən 86 nəfər dünyasını dəyişib. Bu günə qədər Pakistanda koronavirusa 5 min nəfərin yoluxduğu bildirilir.
Pakistanın Nyu-Yorkdakı Baş Konsulu Aişə Əli deyib: "Xəstəxanalardan, morqlardan və ailələrdən toplanan məlumatlara əsasən deyə bilərik ki, bu virusdan 100-dən çox pakistanlı vəfat edib".
Pakistan səfirliyinin sözçüsü Zoobia Masud isə "Bəzi pakistanlılar digər ştatlarda da eyni ölüb. Hazırda bu xəstəliyin Pakistan-Amerika cəmiyyətinə necə təsir etdiyi haqqında məlumat toplayırıq".
Nyu Yorkda açıqlanan statistika xəstəliyin etnik azlıqlara dağıdıcı təsir etdiyini göstərir. Belə ki, ölənlərin 34 faizi ispandillilər, 28 faizi isə Afrika əsilli amerikalılardır. Ağ dərililər ölənlərin 27 faizinə bərabərdir. Ölənlərin 7 faizi hindlilər və pakistanlıların da daxil olduğu Asiya əsilli amerikalılardı.
Baş konsul Aişə Əli konsulluğun yerli icma ilə birlikdə çalışdığını bildirib: "Ölənlərin artacağından qorxuruq. Burada çox güclü icmamız var. Özləri çox şey edirlər, biz də onlara yardım etməyə çalışırıq".
Statistika onu da göstərir ki, ölənlərin 90 faizi 50 yaşdan yuxarı olanlardır.
Bu yaxınlarda ABŞ Milli Sağlamlıq İnstitutunun mükafatını alan pakistanlı amerikalı həkim Dr Sarfraz Memon bildirib ki, New York kimi əhalinin çox sıx yaşadığı şəhərlərdə yaşamaq və ictimai nəqliyyatdan istifadə virusa yoluxma riskini daha da artırır.
Elbəyi Həsənli, Sürix
Musavat.com