Bu ölkədə kütləvi Pasxa mərasimləri başladı

Bu ölkədə kütləvi Pasxa mərasimləri başladı backend

Meksikada koronavirus pandemiyası səbəbindən hökumətin etdiyi xəbərdarlıqlara baxmayaraq, xristianlar kilsə və küçələrdə Pasxa bayramını qeyd ediblər.

Axar.az xəbər verir ki, ölkənin Çiapas ştatının Venustiano Karranza bölgəsində 5 minə yaxın insan Pasxa bayramı ilə əlaqədar mərasim təşkil ediblər. Mərasim rahiblərin iştirakı olmadan keçirilib.

San Xuan Kankuk şəhərinin bələdiyyə sədri də hökumətin çağırışına baxmayaraq keçirilən bayram mərasimlərini ləğv etməyib.
Diaspora