Rusiyanın İrkutsk əyalətində cəzaçəkmə müəssisəsində qiyam nəticəsində baş verən yanğınınnəticələri barəsində video yayımlanıb.
Hadisənin miqyasının qeydə alındığı görüntüləri "Huepub” "Telegram” kanalı yayıb.Məlumatda qeyd olunur ki, yanğın nəticəsində demək olar kihər şey yanıb.
Xatırladaq ki, aprelin 10-da ciddi rejimli cəzaçəkmə müəssisəsində İrkutsk koloniyasının nəzarətçiləri tərəfindən özbaşınalığa etiraz olaraq17 nəfər venalarını kəsib. Hadisəyə səbəb məhbuslardan birinin zabit tərəfindən döyülməsi olub.
Bundan sonra qarşıdurma başlayıb. Qiyamçılar müəssisəyə məxsus ərazidə yanğın törədiblər.
Məhkumları nəzarətə almaq üçün hadisə yerinə zirehli texnikalar cəlb olunub.