Ermənistan və İsrail yeni tip koronavirusla mübarizə çərçivəsində Türkiyədən yardım istəyib.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.O bildirib ki, böyük dövlətlərin iqtisadiyyatının necə aciz vəziyyətə düşdüyünü gördük:
“Türkiyə bir daha qara gün dostu olduğunu bütün dünyaya göstərdi. Bu imtahanda uğur qazananlar gələcəyə doğru daha inamlı addımlar atacaqlar. Uğursuzluğa düçar olanlar isə gələcəyini itirəcək”.