İstanbulda komendant saatında açıq olan marketə basqın olub

İstanbulda komendant saatında açıq olan marketə basqın olub backend

İstanbulun Sultanqazi rayonunda komendant saatı açıq olan marketə basqın olub.

“Report” xəbər verir ki, məlumatı “CNNTurk” yayıb.

Bildirilib ki, polis müştəriləri marketdən çıxarıb. Asayiş keşikçiləri market sahibi və 7 nəfərin hər birini 3 min 150 TL (450 ABŞ dolları) məbləğində cərimə edib.

Dükan sahibi isə ifadəsində müştərilərin içəri zorla daxil olduğunu deyib.

Qeyd edək ki, aprelin 11-dən Türkiyənin 31 əyalətində 48 saatlıq komendant saatı elan edilib.