Türkiyədə polis məmuru patrul maşınında oturaraq bütün Türkiyə xalqına çağırış edib.
Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, polisin çağırışı fərqli və romantik olmasıyla diqqət çəkib.Görüntülər Yalovada çəkilib. Bölgədə xidmət göstərən polis insanların koronavirusa yaxalanmaması üçün avtomobildən “Evdə qal” çağırışını məşhur “Doktor” mahnısını oxuyaraq edib.
“Çarəsiz dərdimin səbəbi bəlli. Evdə qal, evdə qal, evdə qal, Türkiyəm. Dəva tapmaz dərdin, belə gəzincə. Evdə qal, evdə qal, Türkiyəm!”
Polisin bu çağırışı eşidənlər tərəfindən alqışla qarşılanıb.
Firuzə Alimova