Türkiyənin ASELSAN şirkəti bir NATO ölkəsinə uzaqdan idarə olunan silah sistemləri və atəş nöqtələrini aşkarlama sistemi ixrac edəcək.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna görə şirkətlə adı açıqlanmayan ölkə arasında müqavilə imzalanıb.Bildirilir ki, imzalanan yeni ixrac müqaviləsi ilə ASELSAN tərəfindən hazırlanan və istehsal olunan uzaqdan idarə olunan silah sistemlərinin satıldığı ölkələrin sayı 20-yə çatıb.
Qeyd edək ki, ASELSAN bu günə qədər 3000-dən çox uzaqdan idarə olunan silah sistemini istehsal edib.