Pandemiya səbəbindən iqtisadi cəhətdən böhran yaşayan İtaliyada italyan mafiyası da ehtiyaclılara yardım kampaniyasına qoşulub.
Moderator.az xəbər verir ki, bu haqda “The Guardian” nəşri məlumat yayıb.Məlumata görə, cənub vilayətlərində əhaliyə ərzaq, geyim və pul yardımına başlanıb.
Aprelin 10-da mafiya Kampaniya, Kalabriya, Siciliya və Pugliya vilayətlərində 3 milyondan çox insana yardım göstərib.
Ölkənin Daxili İşlər naziri Luçana Lamorgez baş verənlərdən narahatlığını ifadə edərək "mafiyanın artan yoxsulluqdan faydalana biləcəyini və insanları öz təşkilatlarına cəlb etməyə çalışacaqlarını" bildirib.