Çinin məşhur milyardçısı Lyu Xan edam edilib. Bu barədə South China Morning Post nəşri xəbər yayıb.
Xəbər verilir ki, onunla bərabər kiçik qardaşı Lyu Vey və 3 cinayət iştrakçısı ən yüksək cəzaya layiq görülüb.Ümumiyyətlə isə Lyu Xan 13 bənd üzrə ittiham olunub. İttihamlar arasında qətl, qeyri-qanuni kazino fəaliyyəti, cinayət tərkibli təşkilat, qanunsuz silah alveri kimi cinayətlər yer alır.
Lyu Xan 1997-ci ildə Hanlong Group şirkətini yaradıb. Şirkət az bir müddətə Sıçuan əyalətinin ən böyük şəxsi təşkilatına çevrilir. Şirkətin maraqları isə energetikadan daşınmaz əmlaka kimi bir çox sahələrə yönəlmişdi.
Lyu xan Çinin 500 ən varlı insanları arasında idi.