Ermənistanda koronavirusdan ölənlərin sayı 13-ə çatıb.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat katibi Alina Nikoqosyan bildirib.Onun sözlərinə görə, koronavirusa yoluxmuş 86 və 81 yaşlarında iki pasiyent ikitərəfli pnevmoniyadan ölüb.
Bildirilib ki, son sutkada 29 yoluxma halı qeydə alınıb. Bununla da Ermənistan üzrə koronavirusa yoluxanların sayı 966-a çatıb.