Yeni növ koronavirusla mübarizə məqsədilə aprelin 10-da Türkiyədən Böyük Britaniya və Liviyaya tibbi ləvazimatlardan ibarət yardım göndərilib.
Axar.az xəbər verir ki, yardımlar xüsusi hərbi təyyarə ilə yola salınıb.Qeyd edək ki, bundan əvvəl də Türkiyə tərəfindən Çin, İtaliya, İspaniya, İran, eləcə də Şimali Makedoniya, Monteneqro, Serbiya, Bosniya-Herseqovina kimi Balkan ölkələrinə də bu cür yardımlar göndərilib.