"Ermənistanda uzun müddət əvvəlki həyat rejiminə qayıtmaq mümkün olmayacaq. Çünki, koronavirusun yayılması nəzarətdən çıxıb".
Qaziler.az Erməni mətbuatına istinadən xəbər verir ki, bunu səhiyyə naziri Arsen Torosyan Ermənistan parlamentin səhiyyə və sosial məsələlər üzrə daimi komissiyasının iclasında deyib. Erməni nazir bildirib ki, hökümətə fövqəladə vəziyyət rejimininin uzadılması barədə təklif irəli sürüləcək:"Bu, koronavirusun qarşısının alınması üçün göstərdiyimiz səylərin davamlılığının təmin edilməsi baxımından vacibdir. Əgər hətta fövqəladə rejim ləğv olunarsa, səhiyyə sistemi xəstələrin axınının öhdəsindən gələ bilməyəcək. Belə bir vəziyyətin yaranmasına yol vermək olmaz. Koronavirus Ermənistanı gəzir və infeksiya ocaqlarına nəzarət itib",-deyə Torosyan qeyd edib.
Onun sözlərinə görə, infeksiya zənciri qırılmalıdır və bunun üçün uzunmüddətli tədbirlər lazımdır.