Koronavirusa yoluxmuş İran parlamentinin sədri Əli Laricaninin səhhəti yaxşılaşıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Ə. Laricaninin müşaviri Həsən Zamani deyib.O bildirib ki, Ə. Laricani özünü yaxşı hiss edir və onun səhhətində problem yoxdur.
“Həkimlərin tövsiyəsinə uyğun olaraq o, ev şəraitdə karantindədir. Həkimlər bildirib ki, Əli Laricani 15 gün karantində qalmalıdır”, - deyə H. Zamani vurğulayıb.
O, spikerin gələn həftə parlamentin iclaslarında iştirak edə biləcəyini də qeyd edib.