ABŞ-da koronavirusdan ölənlərin kütləvi şəkildə dəfni həyata keçirilir.
Qazilər.az “Report”a istinadən xəbər verir ki, meyitlər Nyu-Yorkun Hart adasında basdırılır.Ölənlərin tabutlarının üzərinə ad və soyadları böyük hərflə yazılır. Məqsəd gələcəkdə ölü sahiblərinin yaxınları üçün yenidən dəfn işini asanlaşdırmaqdır.
Qeyd edək ki, Hart adası IX əsrdən Nyu-Yorkda kimsəsizlərin dəfn olunduğu yer kimi tanınır.