Polşanın “Milli Təhlükəsizlik Strategiyası 2020”nin müəllifləri Rusiyanı ölkə üçün vacib təhdid adlandırıblar.
Axar.az xəbər verir ki, sənəddən çıxarışı “Reç Pospolita” qəzeti yayıb.33 səhifədən ibarət yeni strategiyanın növbəti seçkilərə qədər Polşa Prezidenti Andjey Duda tərəfindən rəsmən təqdim ediləcəyi vurğulanıb.
Bununla belə qəzet yeni strategiyanın bəzi bəndlərinin koronavirus pandemiyasından əvvəl hazırlandığını və onların öz aktuallığını itirdiyi bildirib.