Rusiyada koronavirus testinin nəticəsi müsbət çıxan və qaçmağa çalışan xəstənin ardınca tibb işçilərinin qaçması anları kameralara düşüb
Qaziler.az Türkiyə mətbuatına istinadən Rusiyanın Nijeqorod vilayətinin Arzamas şəhərində 28 yaşında olduğu bildirilən koronavirus xəstəsi, koronavirus testi müsbət olduğuna görə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.Xəstəxanaya getmək istəməyən şəxs tibb içşçilərindən qaçmağa çalışıb.
Həvəskar kameralar tərəfindən qeydə alınan görüntülərdə, xüsusi geyimdə olan tibb personalının xəstəni qovduğu görülür.
Yerli media xəstənin tutularaq xəstəxanaya yerləşdirildiyini və karantində olduğunu açıqlayıb.