Çinin Hubey əyalətinin Uhan şəhərində 76 günlük karantin rejimindən sonra evlənmək istəyənlərin sayı rekord həddə artıb.
Azvision.az "Global Times"ə istinadən xəbər verir ki, müraciətlərin çoxluğundan evlilik qeydiyyatı aparan ixtisaslaşmış elektron proqramda dəfələrlə nasazlıq yaranıb.
Bildirilir ki, karantindən əvvəlki aylarla müqayisədə istifadəçilərin sayı 3 dəfə çox olub. Boşanmaq istəyənlərin sayının kəskin artmasından sonra evlənmək istəyənlərin belə çox olması gözlənilməz hesab edilir.
Qeyd edək ki, şəhər rəhbərliyi aprelin 3-də evlilik qeydiyyatı xidmətlərini bərpa edib.