ABŞ bəzi bölgə və şəhərlərində koronanvirusdan ölənlərin əksəriyyətinin Afrika əsilli amerikalı olması diqqət çəkib.
Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, ABŞ-da virusa yoluxmaların ən çox olmasıyla yanaşı, ölənlərin sayında da böyük artım yaşanır.Ölkədə koronavirus testlərinə və müalicəyə görə xəstəxanalardan vətəndaşlara külli miqdarda hesab gəlir. Belə olan halda ölkədə “Hər kəs bərabər sağlamlıq haqlarına malikdir?” sualı verilməyə başlanıb.
Hətta ABŞ-ın bəzi bölgələrinə və şəhərlərində koronavirusa yoluxaraq dünyasını dəyişənlərə diqqət etdikdə çoxunun qara dərililər olduğu müşahidə edilib.
Çikaqo bələdiyyə başçısı Lori Laytfud açıqlamasında şəhərdə virusdan ölənlərin 72 faizinin Afrika əsilli amerikalılar olduğunu qeyd edib: “Bu göstəricilər koronavirusun yayılmasının və cəmiyyət arasındakı bərabərsizliyin olduqca narahatedici bir tablosudur”.
ABŞ-ın Luiziana ştatında da koronavirusdan ölənlərin 70 faizi, Miçiqan və Detroytda isə 40 faizi qara dərililərdir.
Firuzə Alimova