Niderlandda qocalar evində yaşayan 107 yaşlı qadın yeni növ koronavirusa (Covid-19) yoluxsa da sonradan sağalıb
Qaziler.az bildirir ki, yerli medianın verdiyi xəbərə görə, Niderladdakı adaların birində yerləşən qocalar evində yaşayan 107 yaşlı Cornelia Rasın koronaya yoluxduğunu eşitdikdə sağalmayacağını düşündüyünü söyləyib.Verilən məlumatda adanın ən yaşlısı olan Rasın qocalar evində müalicə aldıqdan sonra sağlamlığına qovuşduğu qeyd edilib.
Qeyd edək ki, bu ölkədə 101 yaşlı Covid-19 xəstəsi müalicədən sonra sağalmışdı.
Qaziler.az