Pulla “koronavirus duası” yazan şəxs həbs edildi

Pulla “koronavirus duası” yazan şəxs həbs edildi backend

Yeni növ koronavirus pandemeyası ilə əlaqədar psixoloji cəhətdən əziyyət çəkən şəxslərə 200 lirə qarşılığında müalicə etdiyini, bu xəstəliyə tutulmamaq üçün dua oxuduğunu iddia edən Fikret Gürsoy adlı şəxsin ofisində əməliyyat keçirilib

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, saxlanılan Gürsoy həbsxanaya göndərilib.

Sosial media hesablarında özünü “tədqiqatçı, yazıçı, şair, radio və televiziya proqramçısı, 20 ildir İstanbuldakı bütün ədliyyələrdə çalışan mütəxəssis, Quran Müalicə Mərkəzinin direktoru“ kimi təqdim edən, mənəvi xəstəlikləri müalicə etdiyini iddia edən Fikret Gürsoy həbs edilib.

Özünü “Fikret Zikret Gürsoy Hocaefendi“ adlandıran Gürsoy, ayrılan cütlükləri barışdırdığını, cadu pozduğunu, qismət açdığını, koronavirüsa görə psixologiyası pozulanlara 200 TL qarşılığında müalicə etdiyini və bu xəstəliyə yaxalanmamaları üüin dua etdiyini bildirirmiş.

Bəzı televiziya və radiolarda dini programlar aparan Gürsoy SMS vasitəsilə dua da oxuyurmuş.