Türkiyədə dron və pilotsuz uçuş aparatlarına qarşı İHASAVAR-ların tədarükünə başlanılıb.
Qazilər.az yeniakit.com.tr-yə istinadla xəbər verir ki, ASELSAN tərəfindən Portativ Qarışdırma Sistemi Layihəsi çərçivəsində hazırlanan İHASAVAR pis məqsədlər üçün istifadə edilən dron və pilotsuz uçuş aparlarının fəaliyyətinin qarşısını alacaq.Bildiyimiz kimi dron və mini pilotsuz uçuş aparatları düşmən tərəfindən kəşfiyyat, casusluq, izləmə, silahlı hücum və bombalamaq məqsədiylə istifadə edilir. Bir nəfər tərəfindən asanlıqla idarə edilə bilən İHASAVAR sistemi isə bu təhlükələrdən qoruma xüsusiyyətinə malikdir.
Türkiyə mediası sistemin necə işlədiyini göstərən görüntülər də paylaşıb:
Firuzə Alimova.