Ərdoğana məktub göndərdilər – Türkiyədə bu şəxslər boykota hazırlaşır

Ərdoğana məktub göndərdilər – Türkiyədə bu şəxslər boykota hazırlaşır backend

Koronanvirusun yayılmasından dolayı işləri dayanan əmlak agentləri onlayn reklam portallarını boykot etməyə hazırlaşırlar.

Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, məsələ ilə bağlı əmlak agentləri artıq Rəcəb Tayib Ərdoğana və Ticarət naziri Ruhsar Pekcana məktub yazıb.

Onlar məktubda ödənişlərin təxirə salınmasını və ya aylıq abunə haqlarının endirilməsini tələb ediblər.

İstanbul Əmlakçılar Palatasının sədri Nizaməddin Aşa açıqlamasında koronavirusdan dolayı əmlak agentlərinin 80 faizinin iş yerini aça bilmədiyini, işsiz vəziyyətdə olduğunu deyib: “Bir çox sektorda olduğu kimi, artıq əmlak agentləri də alış-satış və kirayə işlərini onlayn həyata keçirməyə çalışır, məşhur elan portallarında reklam fəaliyyətlərini davam etdirirlər. Ancaq son zamanlar bu elan saytlarına ödənən rəqəmlər o qədər artıb ki, kirayə qiymətlərini belə keçib. Bəziləri heç güzəşt də etmir. Onlardan ödənişlərin ən az 3 ay təxirə salınması, abunəliklərin müvəqəqəti dondurulması üçün müraciətlər etmişik. Hələ ki tələblərimizə cavab gəlməyib”.

Firuzə Alimova