Britaniyanın baş naziri koronavirusla əlaqədar xəstəxanaya yerləşdirildi

Britaniyanın baş naziri koronavirusla əlaqədar xəstəxanaya yerləşdirildi backend

Britaniyanın baş naziri Boris Conson koronavirus infeksiyası ilə əlaqədar analiz vermək üçün xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə "Sky News" telekanalı xəbər yayıb.

"Baş nazir həkimlərin məsləhəti ilə xəstəxanaya aparılıb. Onun səhhətində COVID-19 infeksiyası aşkarlanandan 10 gün sonra problemlər qalmaqdadır", - məlumatda deyilir.

B.Conson koronavirusa martın 27-də yoluxub və hazırda ölkəyə rəhbərlik etməyə davam edir.

Onun işləyə bilməyəcəyi təqdirdə bu vəzifənin icrası xarici işlər naziri Dominik Raaba verilməlidir.