Hicaba savaş açanlar indi şal, şərf və hicab taxmağı məsləhət görür - Tərsinə dönüş

Hicaba savaş açanlar indi şal, şərf və hicab taxmağı məsləhət görür - Tərsinə dönüş backend

Dünya ölümcül koronavirus qarşısında böyük imtahan verir.

Qazilər.az bildirir ki, ərəb xəbər saytlarından birində çıxan yazıda İslam və müsəlmanlara qarşı savaş açanların hazırki vəziyyətləri və insanlara tövsiyyəsi şərh edilib.

Şərdə ən çox diqqət çəkən cümlə: “Ölümcül koronavirus yayılmazdan əvvəl hicab və niqaba qarşı “müharibə” elan edənlər indi qorunmaq üçün savaş açdıqlarına sarılmağa başlayıblar”.

Artıq virusla mübarizə aparmaq üçün dünya liderləri ilginc məsləhətlər verməyə başlayıblar.

ABŞ prezidenti Tramp koronavirusa qarşı şal taxmağı tövsiyyə edib: “Maska taxılması ilə bağlı qərar verəcəyik. İnsanlar maska taxmaq istəyirlərsə taxa bilərlər. Ancaq ən yaxşısı üz və ağızı şal ilə örtməkdir. Çünki şal daha qalındır. Lakin maska taxmaq məcburi deyil”.

İordaniyanın Səhiyyə naziri Saad Cabir vətəndaşları virusdan qorunmaq üçün maska yerinə şərf və ya niqab taxmağa çağırıb.

Hətta Nyu York şəhərində səhiyyə işçiləri yaydıqları bəyənatda virusa qarşı hicab və şal bağlamağı tövsiyyə edib: “Üzünüzü örtmək COVİD-19-un digər insanlara yayılmasının qarşısını alır. Dolayısı ilə hər dəfə evdən çıxanda maska taxa, hər hansı əskiylə ağzınızı bağlaya, şərf və örtüdən istifadə edə bilərsiniz.

Mənbə: Timeturk.com

Firuzə Alimova