İspaniyadan tükləri ürpərdən görüntülər yayıldı: Yerdə üst-üstə yığılan cəsəd dolu torbalar

İspaniyadan tükləri ürpərdən görüntülər yayıldı: Yerdə üst-üstə yığılan cəsəd dolu torbalar backend

İspaniya ABŞ-dan sonra dünyada ən çox virusa yoluxmanın qeydə alındığı ölkələrdən biri olub. Ölkədə yoluxma halları kimi, ölənlərin sayı da sürətlə artır.

Qazilər.az “Timeturk.com”a istinadla xəbər verir ki, adı açıqlanmayan xəstəxanadan çəkilən görüntülər insanı qorxutmaya bilmir.

Ölkədə ölümcül virusdan dünyasını dəyişənlərin sayı sürətlə artdığı üçün tabut şirkətləri tələbləri çatdıra bilmədiklərini bildiriblər.

Belə ki, videonu çəkən şəxsin adı açıqlanmayan xəstəxanada işləyən cəsur tibb bacısı olduğu, görüntüləri birbaşa “Daily Star” qəzetinə yolladığı, videodakı səsin verilməməsini istədiyi bildirilib.

Görüntülərdə xəstəxananın yerlərinə sıra ilə düzülmüş, hətta üst-üstə yığılmış qara cəsəd torbaları yer alıb. Saymaqla bitməyən cəsəd torbalarının üzərinə isə kağız yapışdırılıb. Kağızların üzərində koronavirusdan dünyasını dəyişənlərin adları yazılıb. Hətta bəzən cəsədlərin kimə aid olduğu itirilir, bir-birinə qarışaraq yerlərə qoyulur.

Çəkilmiş görüntülərdə tibb bacısı “İnsanlar elə sürətlə ölür ki, tibbi işçiləri heç birinə vaxt çatdıra bilmir. Bəzən şəxsiyyətlərini ayırd etmək mümkün olmur. Ona görə də ölənlərin adlarını bir kağıza yazıb üstlərinə yapışdırırıq”, deyə açıqlama verilib.

Qeyd edək ki, İspaniyada COVİD-19-dan ölənlərin sayı son sutka ərzində 932 nəfər artaraq 10 935 nəfərə çatıb. Gün ərzində 7 472 nəfər virusa yoluxaraq 117 710-a çatıb.

Bu da bildirilir ki, İspaniya Çindən sonra virusdan sağalanların ən çox göstəricisi olan ölkələr sirasındadı, 30 513 nəfər...

Firuzə Alimova
Diaspora