Yeni doğulan əkiz övladlarına "Corona" və "Covid" adlarını qoydular

Yeni doğulan əkiz övladlarına "Corona" və "Covid" adlarını qoydular backend

Hindistanda bir cütlük dünyanı öz əsarəti altına alan koronavirus pandemiyası zamanı doğulan əkizlərinə "Corona" və "Covid" adlarını qoyublar

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Hindistan əyalətlərinin birində yaşayan 27 yaşlı Preeti Verma biri qız və biri oğlan olmaqla əkiz uşaqlar dünyaya gətirib.

Xanım həyat yoldaşı ilə birlikdə uşaqlarına qəribə ad qoyublar: oğlana Covid, qıza isə Korona.

Yerli mətbuata danışan Preeti: “Epidemiya səbəbiylə dünya çox çətin bir dövr keçir. Xəstəxana işçiləri onları bu şəkildə çağırdılar. Yaşadığımız çətinlikləri xatırlatmaq üçün uşaqlarımızın adını belə qoymaq qərarına gəldik".