Çilidə 50 il əvvəl itkin düşmüş təyyarənin qalıqları tapılıb

Çilidə 50 il əvvəl itkin düşmüş təyyarənin qalıqları tapılıb backend

Çili ərazisində And dağlarında 54 il bundan qabaq itkin düşmüş təyyarənin qalıqları tapılıb. Associated Press agentliyi məlumat verir ki, qalıqları təsadüf nəticəsində alpinistlər tapıb.

Ekspedisiyanın iştirakçıları məlumat verdilər ki, qırıntılar 3200 metr hündürlüyündə, paytaxt Santyaqodan 320 kilometr cənubda yerləşir. Leonardo Albornos adlı alpinist bildirdi ki, təyyarənin gövdəsi sağ qalıb. Bundan başqa, onun sözlərinə görə, qəza yerində həlak olanların qalıqları var.

Tapıntıların dəqiq yeri sirr olaraq saxlanılır.

Çilinin LAH hava yolu şirkətinin təyyarəsi 3 aprel 1961-ci ildə qəzaya uğrayıb. Ölənlərin sayı 24 oldu, onların arasında Çilinin "Green Gross" peşəkar futbol klubunun 8 oyunçusu da var idi.
Diaspora