88 ölkə Türkiyədən kömək istədi - Almaniya və İngiltərə də daxil

88 ölkə Türkiyədən kömək istədi - Almaniya və İngiltərə də daxil backend

Türkiyənin Səhiyyə naziri Almaniya və İngiltərə daxil olmaqla 88 ölkənin Türkiyədən yardım istədiyini açıqlayıb.

Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, türkiyəli nazir Fahrettin Koca Dünya Sağlamlıq Təşkilatının Avropa üzrə direktoru Dr.Hans Klube ilə videokonfrans keçirib.

Videogörüntülü müzakirə zamanı Türkiyə ilə təşkilat arasında 2 illik iş birliyi haqda müqavilə imzalanıb.

Kluge koronavirusun geniş yayıldığı İtaliya və İspaniya daxil olmaqla bir çox ölkəyə kömək edən Türkiyəyə təşəkkür edib.

Daha sonra Səhiyyə naziri Fahrettin Koca ölkə xaricindən yardımla bağlı çoxlu sayda tələb gəldiyinə işarə edib: “30-a yaxın ölkənin ehtiyaclarını ödəmək üçün əlimizdən gələni etdik. Axırıncı dəfə Almaniya Türkiyədən 2 milyon maska istəmişdi. Onu da qarşıdakı bir neçə gün ərzində təmin edəcəyik. İngiltərənin də yeni tələbi olub. İngiltərəyə də eyni şəkildə imkanlarımız daxilində dəstək verəcəyik. Bundan başqa 88 ölkənin bizdən tibbi avadanlıq istədiyini bildirmək istəyirəm”.

Firuzə Alimova.