Koronavirusdan qorxmayan Lukaşenkodan məsləhət: Yağ yeyin...

Koronavirusdan qorxmayan Lukaşenkodan məsləhət: Yağ yeyin... backend

Belorus Prezidenti Aleksandr Lukaşenko koronavirusla mübarizədə kərə yağı yeməyi məsləhət görür

Qaziler.az bildirir ki, bu barədə Tut.by məlumat verib.

Belorus liderinin sözlərinə görə, orqanizmin infeksiya ilə mübarizə apara bilməsi üçün tez-tez təmiz havada olmaq, idmanla məşğul olmaq lazımdır.

“Dünən bir ağıllı rusiyalı deyir ki, koronavirusla fiziki cəhətdən mübarizə aparmaq lazımdır. Mən fikirləşirəm, necə yəni fiziki? Özünü təhlükədən qorumaq lazımdır. İdmanla məşğul olmaq, təmiz havaya çıxmaq vacibdir“, - deyə Lukaşenko bildirib və əlavə edib ki, ağciyərlərə kömək etmək zəruridir.

“Amma kərə yağını indi yemək lazımdır. Yağ virusla mübarizədə ağciyərlərə kömək edir“, - Belorus prezidenti qeyd edib.