Çində it-pişik yemək qadağan olundu - İLK DƏFƏ

Çində it-pişik yemək qadağan olundu - İLK DƏFƏ backend

Dünyada 40 mindən çox insanın ölümünə səbəb olan, ölkə iqtisadiyyatlarını krizisə aparan koronavirusa yoluxmanın ilk dəfə ortaya çıxdığı Çində vacib qərar qəbul edilib.

Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, Çində mayın 1-dən başlayaraq it və pişik ətinin satılmasına və yeyilməsinə qadağa qoyulacaq.

Qadağa ilk olaraq Çinin Quandun vilayətinin Şençjen şəhərində tətbiq ediləcək.

Qeyd edək ki, “Humane Society İnternational” (HSİ) təşkilatının 2019-cu illə bağlı hazırladığı hesabatına görə, Asiyada ildə 30 milyon it öldürülür.

Pandemiya xəstəlikləri ilə mübarizə aparan “Global Virome”nin layihəsinə görə, vəhşi təbiətdə hələ kəşf edilməmiş 1,7 milyondan çox virus var. Bunların yarıdan çoxunun insanlar üçün zərərli olduğu təxmin edilir.

Firuzə Alimova.
Diaspora