İran Prezidenti Həsən Ruhani koronavirus infeksiya ilə əlaqədar tətbiq edilən qadağalara əməl edən ölkə vətəndaşlarına təşəkkür edib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, koronavirusla bağlı komissiyasının iclasında çıxış edən İran Prezidenti xəstəliyin nə zaman aradan qalxacağının bilinmədiyini vurğulayıb.“İranda koronavirus qarşıdakı aylara, bəlkə də 20 mart 2021-ci ilə qədər davam edə bilər. Buna görə də Səhiyyə Nazirliyinin açıqladığı qaydalara əməl etməyə davam etməliyik”, - deyə H. Ruhani vurğulayıb.