ABŞ-da koronavirusa yoluxma və ölüm halları sürətlə artır.
Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, ölkədəki yoluxma hallarında artımı görən Pentaqon cəsədlər üçün sürətli hazırlıqlara başlayıb.ABŞ-ın Fövqəladə Halların İdarə Olunması üzrə Federal Agentliyinin (FEMA) açıqlamasında koronavirusdan dolayı öləcəyi nəzərdə tutulanlar üçün 100 min cəsəd torbasına ehtiyacın olduğu və bu tələbin Pentaqona göndərildiyi bildirilib.
Pentaqon əlindəki 50 min cəsəd torbasını yaxın zamanlarda quruma göndərəcəyini, yerdə qalan 50 min cəsəd torbası üçün şifariş edəcəyini qeyd edib.
Hələlik məsələ ilə bağlı Pentaqon və FEMA nümayənədələri rəsmi açıqlama verməyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ölkədəki vəziyyətlə bağlı çıxışı zamanı ABŞ-da koronavirusdan 100 mindən 240 min nəfərə qədər insanın dünyasını dəyişə biləcəyini bildirmişdi.
Firuzə Alimova