Koronavirusun yayıldığı bu ölkədə cəsədləri küçələrə atdılar – FOTOLAR

Koronavirusun yayıldığı bu ölkədə cəsədləri küçələrə atdılar – FOTOLAR backend

Çində meydana gələn və bütün dünyaya yayılan koronavirusa yoluxma ilə bağlı xəbərlər hər daim yenlənir.

Qazilər.az xəbər verir ki, son gün ərzində 72 mindən çox insan bu virusa yoluxub, ölənlərin sayı isə 40 mini keçib. Bir sutka ərzində 4,193 nəfər isə dünyasını dəyişib.

Dünyanın 200-dən çox ölkəsinə yayılan virus hər şeyi alt-üst edib. Virusun yaratdığı səbəblərlə bağlı ölkələrdə üzücü xəbərlərlə yanaşı, görüntülər də paylaşılır.

Belə ki, Cənubi Amerika ölkəsi Ekvadorun əhalisi sıx olan Quayakuil şəhərində ölənlərin cəsədləri küçələrə atılır. Şəhər sakinləri küçələrə atılan cəsədlərin şəkil və videolarını sosial mediada paylaşıblar.

Ölkə səlahiyyətliləri açıqlamalarında son günlər təkcə koronavirusdan deyil, digər səbəblərdən dolayı ölən şəxslərin cəsədlərinin toplanmasında çətinlik çəkdiklərini bildiriblər.

Ölənlərin yaxınları cəsədin evdən alınması üçün 4-5 gün gözlədiklərini, ölünün evdə iylənməməsi üçün meyitləri çıxarıb çölə atmaq məcburiyyətində qaldıqlarını deyiblər.

Ölkənin yerli media orqanı “El Universo”nun məlumatına görə, hazırda 400-450 cəsəd hələ də evlərindən alınmayıb.

Firuzə Alimova
Diaspora