Tramp İranı hədələdi: Hərbçilərimizə hücum etsəniz...

Tramp İranı hədələdi: Hərbçilərimizə hücum etsəniz... backend

ABŞ prezidenti Donald Tramp İranın İraqdakı ABŞ əsgərlərinə hücum edəcəyi barədə məlumatlı olduğunu və belə bir hücumu qarşılıqsız buraxmayacağını açıqlayıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Tramp özünün Twitter hesabında verdiyi açıqlamada İrana xəbərdarlıq edib.

"Aldığımız məlumatlara görə, İran və ya onun əlaltıları amerikalı əsgərlərə məkrli bir hücum planlaşdırır. Bu baş verərsə, İran bunun bədəlini çox ağır ödəyəcək" - deyə Tramp yazıb.

Tramp paylaşımında necə bir hücum olacağı haqda kəşfiyyat məlumatı aldıqları ilə bağlı heç nə yazmayıb.