Çinli yeniyetmə koronavirusu Uhana qaytardı - Qəribə bumeranq - Simptomsuz...

Çinli yeniyetmə koronavirusu Uhana qaytardı - Qəribə bumeranq - Simptomsuz... backend

İngiltərədə təhsil alan çinli yeniyetmə virusu onun episentrinə - Uhan şəhərinə qaytaran ilk şəxsdir

Qaziler.az bildirir ki, bu barədə Daily Mail nəşri məlumat verib.

Tələbə Çjou İngiltərənin Nyukasl şəhərindən Dubay və Pekindən keçərək Uhana gəlib. Pekin aeraportunda ondan koronavirusa görə analiz götürülüb. Maraqlıdır ki, gəncdə virusun heç bir əlaməti olmayıb. Lakin testin nəticəsi müsbət çıxıb.

Çjou koronavirusun simptomsuz daşıyıcısı kimi Uhan xəstəxanasına yerləşdirilib. Nəşr bildirir ki, rəsmi statistikaya görə, bir çox hallarda Pekində koronavirusa yoluxanların əksəriyyəti İngiltərədə, İspaniyada və İtaliyada olmuş şəxslərdir.