Türkiyədə koronavirus epidemiyası ilə bağlı son durum: ölənlərin sayı 200-dən çoxdur

Türkiyədə koronavirus epidemiyası ilə bağlı son durum: ölənlərin sayı 200-dən çoxdur backend

Türkiyədə yeni növ koronovirusdan (COVID-19) ölüm sayı 214 nəfərə çatıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bununla bağlı Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca tvitter hesabında: "Evdə qal, Türkiyə, ölənlərin sayı artmasın, daha 46 nəfər həyatını itirdi" -deyə yazıb.

Məlumatda qeyd olunub ki, bu gün 46 koronaviruslu xəstə ölüb və son 24 saatda 15 422 şübhəli koronavirus testindən keçib, onlardan 2704-nün cavabı müsbət çıxıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 13 531-ə çatıb.

Bu infeksiyaya yoluxanlar arasında indiyədək 243 nəfər müalicə olunub.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, əvvəlki günlə müqayisədə Türkiyədə koronavirus infeksiyasına yoluxanlarla bağlı aparılan analizlərin sayı 25,2 faiz artıb, test müayinələri aparan mərkəzlərin sayı isə 75-ə çatıb.