Hindistanda müsəlmanlar ölmüş hinduistə qarşı görünməmiş insanlıq nümayiş etdirdi

Hindistanda müsəlmanlar ölmüş hinduistə qarşı  görünməmiş insanlıq nümayiş etdirdi backend

Son aylar xarici güclərin fitvasıyla qızışdırılmış yerli hinduistlər, o cümlədən hökumət və polis tərəfindən olmazın zülmlərə, qətliamlara məruz qalmış Hindistan müsəlmanları, koronavirus pandemiyasının yaratdığı ekstremal vəziyyətdə ecazkar insanlıq nümunəsi nümayiş etdiriblər.

Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.

Uttar Pradeş əyalətindəki Bulandşahr şəhərindən olan hinduist Ravişankar naməlum bir xəstəlik səbəbindən ölüb və yaxınları onun koronavirus ola biləcəyindən qorxaraq mərhum üçün son ayinləri yerinə yetirməkdən imtina ediblər.

Hinduistlərin qohumlarını son mənzilə yola salmaqdan imtina etdiklərini bilən müsəlman qonşuları özləri mərhum üçün son ayinləri icra edərək onu xərəyə qoyub kremasiya üçün ritual tonqalına aparıblar. Onlar hətta mərhumun dininə hörmət olaraq "Ram nam satya o" (hinduizmdəki müqəddəs sözlər) kəlmələrini qışqırıblar.