Mübariz Mənsimovdan YENİ XƏBƏR - Ölüm aclığını...

Mübariz Mənsimovdan YENİ XƏBƏR - Ölüm aclığını... backend

Türkiyədə həbsdə olan iş adamı Mübariz Mənsimov aclıq aksiyasını dayandırıb.

Qaziler.az-ın məlumatına görə, bu barədə iş adamının köməkçisi Fidan Quliyeva bildirib. O, özünün "facebook" səhifəsində "Mübariz Mənsimov ölüm orucunu dayandırdı" başlığı altında paylaşım edib.

Qeyd edək ki, iş adamı Mübariz Mənsimov İstanbul Prokurorluğu tərəfindən FETÖ ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

İş adamı bu qərara etiraz olaraq aclıq aksiyasına başlamışdı.