Koronavirusa görə boşalmış İngiltərənin Uels inzibati ərazisinə daxil olan Lllandidno şəhərinin küçələrini keçi sürüsü zəbt edib
Qaziler.az bildirir ki, bu barədə ”The Sun” qəzeti yazıb.Yerli sakin Endryü Stüart bunu pəncərədən müşahidə edib və polisə zəng edib. Patrul xidməti əməkdaşları əraziyə gələrək keçiləri oradan uzaqlaşdırıblar.
Stüartın sözlərinə görə, polisin tədbirinə baxmayaraq keçilər şəhəri tərk etməkdən ”imtina ediblər”. Səhəri gün heyvanlar yenidən Llandidno küçələrində görünüblər.